TƏSVİRİ İNCƏSƏNƏTDƏ YARADICILIQ JANRLARI (Dərs vəsaiti)
yazarlar: Mərdan Məmmədov
₼0,00
Dərs vəsaitində təsviri incəsənəti əhatə edən yaradıcılıq janrlarından söz açılır. Təsviri incəsənətin rəngkarlıq, heykəltəraşlıq və qrafika kimi növlərinin ayrı-ayrı janrları, onların estetikası, bədii-texniki vasitələri barəsində məlumat verilir. Mətn onlara əyanilik gətirən illüstrasiyalarla zənginləşdirildiyindən oxucu üçün yaradıcılıq janrlarının mahiyyəti və estetik tutumu aydın görünür. Dərs vəsaiti ali məktəblərin tələbələri üçün nəzərdə tutulmuşdur. Ondan geniş oxucu kütləsi də istifadə edə bilər.
ISBN: 979-8-89695-333-3
DOI: https://doi.org/10.5281/zenodo.18673459